Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun (BTQ) dekolonizasiya işində rolu müstəmləkə irsindən azad olmağa can atan xalqlar üçün xüsusi əhəmiyyət kəsb edir.
“Report”un məlumatına görə, bunu Qvadelup Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı konfrans çərçivəsində jurnalistlərə bildirib.
"Əsas məqsədimizə - Fransanın müstəmləkə dünyasından çıxmağa nail olmaq üçün bizə bu işdə kömək edə biləcək bütün azadlıqsevər xalqlarla əməkdaşlıq edirik. Azərbaycan və Bakı Təşəbbüs Qrupu bu yolda əsas tərəfdaşlarımız olub", - o qeyd edib.
Katibin sözlərinə görə, tarix boyu Fransa öz müstəmləkəçilik siyasəti haqqında həqiqətləri gizlətməyə və onun dənizaşırı ərazilərində baş verənlər barədə beynəlxalq məlumatlılıq səviyyəsini məhdudlaşdıraraq vəziyyət üzərində nəzarəti qoruyub saxlamağa çalışıb.
"Bizim yaşadığımız bir çox hadisələr dünya ictimaiyyətindən gizli qalırdı. Bu, müstəmləkə strategiyasının bir hissəsidir - hər şeyi nəzarət altında saxlamaq və beynəlxalq diqqəti yayındırmaq", - Jan-Pyer bildirib.