AZ

İki paraşütçü havada toqquşdu, biri öldü

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-nin Corciya ştatında yerləşən Thomaston-Upson County Hava Limanında həyata keçirilən paraşüt atlayışı faciə ilə nəticələnib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 48 yaşlı təcrübəli paraşütçü Jasmine Black, havada başqa bir paraşütçünün paraşütü ilə toqquşduqdan sonra yerə sərt çırpılaraq həyatını itirib.

Hadisə zamanı Black-in əsas paraşütü alçaq yüksəklikdə digər paraşütlə toqquşub. O, dərhal əsas paraşütünü sərbəst buraxaraq ehtiyat paraşütünü açmağa cəhd edib. Lakin yerə çox yaxın olduğu üçün ehtiyat paraşüt tam açıla bilməyib və Black təyyarə dayanacağı sahəsinə sərt şəkildə düşərək hadisə yerində həyatını itirib.

Qeyd olunur ki, Jasmine Black-in 160-dan çox paraşüt atlayışı təcrübəsi olub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Rəsmi qurumlar istintaqın davam etdiyini bildiriblər.

Oksana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
azxeber.com

1Mənbələr