Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən TASS yayıb.
Bununla belə, onun hansı səbəbdən saxlanılması qeyd olunmayıb.
***
“Kommersant” isə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən, dövlət katibinin qanunsuz özəlləşdirmə ilə bağlı başladılan cinayət işinin istintaqı çərçivəsində saxlanıldığını yazıb.
Bildirilib ki, Maqomedovla yanaşı, onun bir çox iş həmkarı və qohumları da saxlanılıb:
“Bu gün səhər hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanın dövlət katibi ilə əlaqəli 50-dən çox ünvanda axtarış əməliyyatı həyata keçirib”.