AZ

Nüvə qalxanı möhkəmlənir: London 12 ədəd F 35A qırıcısı alacaq

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük Britaniya hökuməti 12 ədəd "F-35A" tipli, nüvə başlıqları daşıyabilən qırıcı təyyarə almağı və NATO-nun hava nüvə missiyasına qoşulmağı planlaşdırır.

Oxu.Az bu barədə BBC-yə istinadla xəbər verir.

Qərar Britaniyanın son nəsil ən əhəmiyyətli nüvə gücü qüvvətləndirməsi hesab olunur.

Yeni "F-35A" təyyarələri həm adi, həm də ABŞ istehsalı olan taktiki nüvə silahlarını daşıya bilir. NATO-nun bu missiyası Avropada saxlanılan "B61" bombalarının müttəfiq ölkələrin qırıcılarına yerləşdirilməsini nəzərdə tutur. ABŞ, Almaniya və İtaliya da daxil olmaqla yeddi ölkə artıq bu təyyarələrdən istifadə edir.

"F-35A" qırıcıları Norfolkdakı hərbi hava bazasında yerləşdiriləcək.

Hazırda Britaniyada "F-35B" tipli təyyarələr istifadə olunur, lakin onların uçuş məsafəsi və silah daşıma imkanları məhduddur.

Qeyd edək ki, Britaniya yalnız "Trident" ballistik raket sistemi vasitəsilə strateji nüvə silahlarına sahibdir. Bu raketlər ABŞ-da istehsal edilsə də, başlıqları Britaniyada hazırlanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
26
oxu.az

10Mənbələr