AZ

Bakı Təşəbbüs Qrupu və Qvadelup memorandum imzalayacaq

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Bakı Təşəbbüs Qrupu və Qvadelup arasında əməkdaşlıq çərçivəsində memoranduma imza atılacaq".

Modern.az-ın məlumatına görə, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, əməkdaşlığın perspektivlərini də dəyərləndirib: "Bakı Təşəbbüs Qrupu olaraq tək paytaxtımızda deyil, həm də Birləşmiş Millətlər Təşkilatının qərargahında tədbirlər keçiririk. Bu tədbirlərin hesabatları BMT-nin müvafiq qurumlarına təqdim edilir. Həmin sənədlərin nəticəsi olaraq, bu ilin oktyabrında BMT-də xüsusi bəyanatın qəbul ediləcəyi gözlənilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
5
modern.az

6Mənbələr