AZ

Mərkəzi Bank dələduzluq halları ilə mübarizədə mərkəzləşdirilmiş platforma təqdim edəcək

Bakı. Trend:

Azərbaycanda ehtimal olunan dələduzluq (fraud) hallarına qarşımübarizədə mərkəzləşdirilmiş platforma təqdim ediləcək.

Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müşaviriAkif Bağırov bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyəvə Texnologiyalar Sərgisi”nin ikinci günündə çıxışı zamanıdeyib.

O bildirib ki, AMB gələcəkdə fraud hallarına qarşı mübarizənjmərkəzləşdirilmiş bir platforma üzərindən etmək istəyir:

"Hazırda biz kollaborativ şəkildə müvafiq dövlət qurumları ilədə bu məsələni aktiv müzakirə edirik. Mərkəzi Bank tərəfindən buistiqamətdə mərkəzləşdirilmiş platformanın təqdim olunmasıplanlaşdırılır ki, fərqli bank və maliyyə institutlarında başvermiş fraud halının mərkəzləşdirilmiş şəkildə məlumat mübadiləsibaş versin. Mərkəzləşdirilmiş platforma üzərindən məlumatlar xüsusidövlət strukturlarına ötürüləcək ki, müvafiq administrativtədbirlər görülsün".

"Bundan başqa, biz fraud tənzimləmə mexanizmi üzərindənçalışırıq. Burada əsas diqqət ona yönəlib ki, fraud hadisələrin başvermə ehtimalı olan bazar iştirakçıların əvvəlcədən belə hadisələrəhazır olsunlar. Yəni kibertəhlükəsizlik üzrə tərtib etdiyimizmexanizmin eynisini fraud üzrə də həyata keçirməyi planlaşdırırıq",- deyə AMB rəsmisi vurğulayıb.

Seçilən
2
4
az.trend.az

5Mənbələr