AZ

Viktor Arten: Müstəmləkəçilik zənciri sadəcə formasını dəyişib, mahiyyətcə isə davam edir

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Müstəmləkəçilik zənciri sadəcə formasını dəyişib, mahiyyətcə isə davam edir".

Oxu.Az xəbər verir ki, bu fikirləri "Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər" adlı beynəlxalq tematik konfransda çıxışı zamanı "Dekolonizasiya Yolunda: problemlər və perspektivlər" mövzusunda danışarkən Qvadelup Kommunist Partiyasının idarə heyətinin üzvü, Port-Luis bələdiyyə şurasının üzvü Viktor Arten deyib.

O bildirib ki, Qvadelupun iqtisadi sistemi hələ də Fransanın nəzarətindədir:

"Verilən vədlərə baxmayaraq, Qvadelup xalqı sistemli şəkildə kənarlaşdırılır. Təhsil, səhiyyə, kənd təsərrüfatı və enerji sahələrində asılılığımız gündən-günə artır. İqtisadiyyatımız idxaldan asılı vəziyyətdədir".

V.Arten bildirib ki, Qvadelup xalqı tam müstəqil olmalı, diplomatiyasını, səhiyyə və təhsil sistemini özü formalaşdırmalıdır:

"Biz mövcud sazişləri yenidən nəzərdən keçirməli və ciddi şəkildə yenidən tərtib etməliyik. Fransa anlamalıdır ki, burada güc balansı olmalıdır. Dekolonizasiya xaos deyil, yeni şüurun formalaşmasıdır. Biz müstəmləkəçiliyə qarşı mübarizə aparan bütün təşkilatları bir araya gətirməliyik ki, Qvadelupun azadlığı və suverenliyinə nail olaq".

O qeyd edib ki, mübarizə üçün xalqın düşüncəsi dəyişməli, real və planlı addımlar atılmalıdır:

"Əgər yoxsulluqdan, mədəni uzaqlaşdırmadan çıxmaq istəyiriksə, bu gün fundamental hüquqlarımızı tələb etməliyik. Qvadelup öz gələcəyini müəyyənləşdirmək gücünə malikdir. Biz beynəlxalq həmrəyliyə ehtiyac duyuruq və hərəkətə sabah yox, bu gün keçməliyik".

V.Arten çıxışının sonunda göstərilən qonaqpərvərliyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edib və dəstəyə görə minnətdarlığını bildirib.

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
oxu.az

1Mənbələr