AZ

Prezidentin general-mayor rütbəsi verdyi Mürsəl İbrahimov kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin rütbəsini artırıb. Dövlət başçısının Sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimova general-mayor ali hərbi rütbəsi verilib.

Publika.az xəbər verir ki, Mürsəl İbrahimov 20 sentyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı şəhəri, 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olub, 1992-ci ildə mühəndis ixtisası ilə ali təhsilini başa vurub. 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.

1992-ci ilin avqust ayında Daxili İşlər Nazirliyinə xidmətə qəbul olunaraq, nazirliyin qurumlarında, o cümlədən Daxili Təhqiqatlar İdarəsinin əməliyyat, ərizə və şikayətlər şöbələrində müxtəlif vəzifələrdə xidmət keçib.

2006-cı ilin sentyabr ayından xidməti Milli Təhlükəsizlik Nazirliyində (Dövlət Təhlükəsizliyi Xidməti) davam etdirib, İnspektorluq İdarəsində müxtəlif zabit, şöbə rəisi vəzifələrində xidmət keçib. 2008-ci ilin aprel ayında həmin idarənin rəis müavini, 2011-ci ilin may ayından isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmətini davam etdirib.

2015-ci ilin noyabr ayında öz arzusu ilə polkovnik rütbəsində təhlükəsizlik orqanlarının ehtiyatına buraxılıb. 2016-2023-cü illər ərzində "Kapital Bank" ASC-nin Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində işləyib.

Seçilən
16
5
publika.az

6Mənbələr