AZ

İtaliya mağazalarında İsrail məhsulları rəflərdən yığışdırılır: Səbəb?

İtaliyanın “Coop Alleanza 3.0” pərakəndə şəbəkəsi Fələstin əhalisi ilə həmrəy olaraq İsrail istehsalı olan malların satışını dayandıracağını açıqlayıb.

Publika.az xəbər verir ki, qərar əsasən ölkənin şimal bölgələrində yerləşən 350 supermarketə təsir edəcək.

Şirkətin rəsmi açıqlamasında bu tədbirin Qəzza zolağında humanitar vəziyyətə cavab olduğu vurğulanıb. İsrail məhsulları, o cümlədən fıstıq yağı, tahin və müəyyən markalar mağaza rəflərindən yığışdırılacaq.

Bildirilir ki, Fələstinin qazlı içkisi olan "Gaza Cola"dan əldə edilən gəlir Qəzzada tibb müəssisəsinin bərpasına sərf olunacaq.

"Coop Alleanza 3.0" qeyd edib ki, onlar regionda baş verənlərdən kənarda qala bilməzlər.

Seçilən
9
publika.az

1Mənbələr