Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"BMT-nin dekolonizasiya ilə bağlı qəbul etdiyi müxtəlif deklarasiyalar və sənədlər, o cümlədən bu sahədə fəaliyyət göstərən C-24 kimi xüsusi komitə də mövcuddur. Lakin bütün bu təşəbbüslərə baxmayaraq, xüsusən də 1960-cı illərdəki ilk dekolonizasiya dalğasından sonra son 20-30 ildə ciddi irəliləyiş əldə olunmayıb".
Oxu.Az xəbər verir ki, bu fikri Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş "Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər" adlı beynəlxalq tematik konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.
"Bu gün BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısında yer alan Yeni Kaledoniya və Fransız Polineziyası kimi dənizaşırı bölgələrdə də təəssüf ki, real nəticələr müşahidə olunmur", - deyə A.Abbasov bildirib.
O qeyd edib ki, hazırda əsas suallardan biri yeni yanaşma və mexanizmlərin olub-olmamasıdır. Onun fikrincə, Bakı Təşəbbüs Qrupu özü artıq bir model olaraq çıxış edir:
"Biz bu platforma çərçivəsində Bakı Dekolonizasiya Platformasını yaratmışıq. Bu platforma müstəmləkə altında olan ərazilərdə fəaliyyət göstərən siyasi partiyalara, milli və müstəqillik hərəkatlarına öz səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verir".
Aləmdə Nəsib
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.