AZ

Ermənistan İstintaq Komitəsi: Arxiyepiskop Qalstanyan hakimiyyəti ələ keçirməyi planlaşdırıb

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Müqəddəs mübarizə" hərəkatının lideri Baqrat Qalstanyan və onun tərəfdarları Ermənistanda terror aktları törətmək və konstitusiyaya zidd yollarla hakimiyyəti ələ keçirmək niyyətində şübhəli bilinir.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.

İstintaq Komitəsinin məlumatına görə, qanuni yolla hakimiyyət dəyişikliyinə nail ola bilməyən Qalstanyan 2024-cü ilin noyabrından zorakı hərəkətlərə hazırlaşmağa başlayıb.

Onun bir sıra şəriklərinin qabaqcadan razılığı ilə terror aktları törətmək və hakimiyyəti konstitusiyaya zidd yolla ələ keçirmək üçün lazım olan vasitə və alətlər əldə etdiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
oxu.az

2Mənbələr