AZ

Keşiş Baqratın evində axtarışlara başlanıldı

Bu gün səhər saatlarından etibarən Ermənistan hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın evində axtarışlara başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bundan başqa, Daşnaksütyun Partiyasının ali orqanının üzvü İqor Sərkisyan, partiyanın Abovyan təşkilatının üzvü Vardan Avakyan və Noyemberyan təşkilatının üzvü Varazdat Amirakyanın da evlərində axtarışlar aparılır.

Qeyd edək ki, Baqrat Qalstanyan hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham olunur.

Seçilən
11
1
axar.az

2Mənbələr