AZ

Lukaku kariyerasını bitirəcəyi vaxtı açıqladı

İtaliyanın “Napoli” klubunun 32 yaşlı hücumçusu Romelu Lukaku Kriştiano Ronaldo kimi 40 yaşına kimi yüksək səviyyəli turnirlərdə meydanda oynamaq niyyətində olduğunu açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Sporza” məlumat yayıb. İdmançı etiraf edib ki, futbolu həddən artıq çox sevir, bu səbəbdən məşq edib oynaya bilməsi üçün evdə çoxlu məşq ləvazimatları var. “Nə qədər ki, mən məşq edirəm, oynaya bilərəm. Əgər ehtiras varsa və özünə diqqət yetirsən, uzun müddət oynaya bilərsən. Əlbəttə, vaxt gələcək, amma hələlik mən öz işimi görürəm”, – Lukaku deyib.

Xatırladaq ki, idmançı 2024-cü ildən “Napoli”də çıxış edir.Onun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Seçilən
15
veteninfo.az

1Mənbələr