AZ

Mehdi Mehdizadə: Kibertəhlükəsizlik təkcə texniki məsələ deyil

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Artıq primitiv texnologiyaların tətbiq olunduğu dövr geridə qalıb. Hazırda daha mürəkkəb, sürətlə inkişaf edən, texnologiyalarla inteqrasiya olunmuş dövrdə yaşayırıq".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndəsi Mehdi Mehdizadə Bakıda keçirilən "FINTEX SUMMIT 2025 - Maliyyə və Texnologiyalar Sərgisi"nin ikinci günündə deyib.

O qeyd edib ki, sözügedən situasiyanın müsbət tərəfləri ilə yanaşı, riskləri də var:

"Azərbaycanın maliyyə bazarlarında fəaliyyət göstərən subyektlərə informasiya təhlükəsizliyi ilə bağlı vahid və daha ciddi tələblər tətbiq olunmağa başlayıb.

Xüsusilə xoşniyyətli olmayan müdaxilələrin hədəfi ola biləcək informasiya sistemləri və texnologiyalar, maliyyə sektoru üçün daha yüksək təhlükə yaradır".

M.Mehdizadə əlavə edib ki, kibertəhlükəsizlik təkcə texniki məsələ deyil, həmçinin hüquqi sabitliyin, maliyyə dayanıqlılığının və istehlakçı hüquqlarının qorunmasının əsas elementlərindən birinə çevrilib:

"Bu məqsədlə 2019-cu ildə yalnız bank sektorunu əhatə edən informasiya təhlükəsizliyi qaydaları qəbul edilib. Lakin maliyyə bazarlarına nəzarət orqanının ləğvi və bu səlahiyyətlərin AMB-yə verilməsindən sonra məsuliyyət dairəsi genişlənib. Artıq bu qaydalar yalnız banklara deyil, ödəniş və elektron pul təşkilatlarına, investisiya şirkətlərinə, sığortaçılara və bank olmayan kredit təşkilatlarına da şamil olunur".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
oxu.az

1Mənbələr