İsrailin hücumunda həyatını itirən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-polkovnik Hüseyn Salami iyunun 26-da dəfn olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Dəfn mərasimi H.Salaminin doğulduğu Qolfiqan şəhərində keçiriləcək.
Xatırladaq ki, SEPAH-ın baş komandanı İsrail Hərbi Hava Qüvvələrinin iyunun 13-də paytaxt Tehrana hava zərbələri zamanı həyatını itirib.