Britaniya Kiyevə 350 təkmil hava hücumundan müdafiə raketini təhvil verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb. Qeyd olunur ki, bu raketlərin alınmasında ilk dəfə olaraq dondurulmuş Rusiya aktivlərindən faiz istifadə edilib.
Məlumata görə, Böyük Britaniya ASRAAM hava-hava raketlərini yerə atışa uyğunlaşdırmaq üçün 70 milyon funt sterlinq (95,2 milyon dollar) xərcləyib.
Təkmilləşdirilmiş raketlər “Raven” hava hücumundan müdafiə sistemlərindən atılacaq, onlardan səkkizi əvvəllər Ukrayna Silahlı Qüvvələrinə çatdırılıb, daha beşi isə Ukraynaya yola salınıb.