AZ

Mael Lavenaire Pineau: Qvadelup xalqı çağırışlara qarşı mübarizəni gücləndirməlidir

Qvadelup xalqı çağırışlara qarşı mübarizəni gücləndirməlidir.

“Report” xəbər verir ki, bunu London İqtisadiyyat və Siyasi Elmlər Universitetində mühazirəçi Mael Lavenaire Pineau iyunun 25-də Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində baş tutan “Siyasi və institusional dekolonizasiya” mövzusunda ikinci panel sessiyasında deyib.

Onun sözlərinə görə, Fransa birbaşa konstitusiya vasitəsilə kolonializm siyasəti aparıb:

“1946-cı ildən sonra neomüstəmləkə rejiminə keçildi. 1950-1980-ci illərdə isə bu siyasətlə mübarizə aparmaq üçün istiqlalçı qüvvələr formalaşdı. Ancaq ötən illər ərzində mübarizə metodu ilə bağlı birbaşa qərar qəbul edə bilməmək dekolonizasiya siyasətinin qarşısında əsas maneə oldu. Ona görə də Fransa yeni sistem vasitəsilə də müstəmləkə siyasətini qoruyub saxladı. Ancaq biz mübarizədə artıq daha qərarlıyıq və çağırışlara qarşı mübarizəmizi gücləndirməyin yollarını tapmalıyıq”.

Seçilən
21
14
report.az

7Mənbələr