AZ

"Sumqayıt"ın sabiq baş məşqçisi Rusiya 2-cı liqasında çalışacaq

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa Rusiya 2-ci liqası klubu "Leninqradets"in baş məşqçisi olub.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı belaruslu mütəxəssislə müqavilə 2025/26 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Baqa məşqçilik karyerasına BATE-də başlayıb, həmçinin "Zalgiris", "Aktobe", "Şaxtyor Soliqorsk" və "Sumqayıt"ı çalışdırıb. Məşqçi kimi iki dəfə Belarus, bir dəfə Litva çempionu olub.

Belaruslu 2023-cü ilin dekabrından 2024-cü ilin noyabrına kimi onun rəhbərliyi altında birinci liqada 35 oyun keçirən Saratov "Sokol"una rəhbərlik edib

Seçilən
48
19
operativmedia.az

10Mənbələr