Gununsesi saytına istinadən ain.az xəbər verir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qrossi ABŞ-ın hücumundan əvvəl Tehran administrasiyasının daşıdığı iddia edilən zənginləşdirilmiş uran anbarının yerinin müəyyən edilə bilmədiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail və İran arasında 12 günlük müharibədə ABŞ-nin müdaxiləsi və İranın nüvə obyektlərinə hücumundan sonra atəşkəs əldə edilib.
Hazırda ən böyük müzakirə İranın nüvə proqramının statusudur.
ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə potensialının tamamilə məhv edildiyini iddia edərkən, Tehran rəhbərliyinin ABŞ-nin hücumundan əvvəl obyektlərdən kritik materialları daşıdığı da iddia edilir.
Məsələ ilə bağlı danışan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi bildirib ki, Tehran administrasiyasının zənginləşdirilmiş uran anbarını tapmaq mümkün deyil.
Orxan
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.