AZ

Mahir Emreli Almaniyanın “Kaiserslautern” klubu ilə müqavilə imzalayıb

Almaniyanın “Kayzerslautern” klubuna keçən Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandasında reallaşdırmaq niyyətində olduğu konkret hədəflərin olduğunu qeyd edib.

Oxuməni.az xəbər verir ki, bu barədə 27 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında bildirib.

“Kaiserslautern” böyük komandadır. Bu klub haqqında hələ Almaniyada karyerama başlamamışdan xəbərim var idi. Ötən mövsüm “Nürnberq”də çıxış edəndə stadionun ab-havasını və “Kayzerslautern” azarkeşlərinin dəstəyini xatırlayıram. Mənə inanan hər kəsə minnətdaram. Mənə göstərilən etimadı doğrultmaq üçün fürsət gözləyirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm”, - Emreli vurğulayıb.

Almaniya klubu 3 illik müqavilə imzaladığı Azərbaycan millisinin forvardını rəsmən təqdim edib.O, 10 nömrə altında çıxış edəcək.

Almaz Həsənli

Seçilən
4
oxumeni.az

1Mənbələr