AZ

Jan Jakob Bisep: Bakı Təşəbbüs Qrupu bizim mübarizəmizə real dəstək verir

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qvadelupun dekolonizasiya uğrunda apardığı mübarizəyə beynəlxalq həmrəylik vacibdir".

Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və Perspektivlər" adlı beynəlxalq tematik konfransda çıxışı zamanı Jan-Jakob Bisep deyib.

O qeyd edib ki, Fransa müstəmləkəçiliyində olan Qvadelup bu gün təkcə siyasi deyil, mədəni baxımdan da öz kimliyini qorumaq üçün mübarizə aparır.

Onun sözlərinə görə, bu prosesdə xarici dəstək, xüsusilə də Azərbaycanın təşəbbüsü ilə fəaliyyət göstərən qurumların rolu danılmazdır.

"Coğrafi və mədəni baxımdan uzaq olmağımıza baxmayaraq, Azərbaycan ərazisində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu bizim mübarizəmizə real dəstək verir. Fransanın məqsədi bizi tarixi və mədəni yaddaşımızdan uzaqlaşdırmaqdır. Biz isə öz gələcəyimizi, iqtisadi, siyasi və mədəni taleyimizi özümüz müəyyən etmək istəyirik", - deyə o bildirib.

O əlavə edib ki, Qvadelup xalqı uzun illərdir, mədəni ayrı-seçkiliklə üzləşir və bu səbəbdən də beynəlxalq ictimaiyyətin həmrəyliyinə ehtiyac duyur:

"Bu yolda tək qalmaq mümkün deyil. Qlobal dəstək bizim üçün həyati əhəmiyyət daşıyır".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
oxu.az

1Mənbələr