AZ

Danik Zandronis: Kolonializmin hökm sürdüyü ərazilərdə jurnalist olmaq çətindir

BAKI, 25 iyun. TELEQRAF

"Kolonializmin hökm sürdüyü ərazilərdə jurnalist olmaq son dərəcə çətin və məsuliyyətli bir vəzifədir".

Teleqraf xəbər verir ki, bu fikirləri qvadeluplu jurnalist Danik Zandronis Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda çıxışı zamanı deyib.

“Belə şəraitdə media vasitələri, əksər hallarda, əhalinin şüuruna təsir göstərmək, onların düşüncə tərzini formalaşdırmaq və mövcud hakimiyyətin maraqlarını qorumaq üçün bir alətə çevrilir. Bu, jurnalistlərin obyektiv və müstəqil fəaliyyət göstərməsini xeyli çətinləşdirir. Həqiqəti yazmaq, baş verənləri olduğu kimi ictimaiyyətə çatdırmaq təkcə peşəkar bacarıq deyil, həm də cəsarət tələb edir. Belə mühitdə çalışan jurnalistlər yalnız informasiya daşıyıcısı deyil, həm də azad sözün müdafiəçiləri kimi çıxış edirlər”,- o qeyd edib.

Seçilən
8
teleqraf.com

1Mənbələr