AZ

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 25 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti çaylarda müşahidə olunan faktiki vəziyyətə dair məlumat açıqlayıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 25-i saat 9:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 10, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 25, Həkəriçayda 3, Kür çayının aşağı axınında Kür-Zərdabda isə 7 santimetr artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 44 santimetr artıb, su sərfi saniyədə 214 kubmetr olmaqla, normanın 129 faizini təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
13
azertag.az

10Mənbələr