İşimiz yox, xeyirli olsun. Bəs komandanı elitaya gətirən Fərid Namazov bu çempionatda xidmətinə ehtiyac duyulmamasını necə qiymətləndirir? Klub rəhbərliyinin ona inanmamasının səbəbi nədi?
Fərid Namazov “Football-plus.az”ın suallarını belə cavabladı:
“Bəli, “İmişli”ylə əməkdaşlığımız sona çatdı. Müddəti başa çatan müqaviləm yenilənmədi. Təbii ki, hər məşqçi çəkdiyi əziyyətdən sonra daha yaxşısına nail olmaq istəyər. Premyer-liqada təcrübə qazanmaq mənim də arzum idi. Amma məşqçi peşəsində belə hallara rast gəlmək mümkündü. Normal, peşəkarcasına qarşılamaq lazımdı. Hazırda PRO lisenziyasını almaq istəyirəm. Əsas məqsədim budu. Düzü, 1-ci liqa klublarından biri mənə təklif göndərmişdi. Lakin razılaşa bilmədik. Hələ başqa təklif yoxdu”.
KƏNAN BAHADIR