
İsrail Müdafiə Qüvvələrinin (IDF) 7 hərbçisi Qəzza zolağında Fələstinin HƏMAS qruplaşmasının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məıumat yayıb.
Məlumata görə, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində zirehli transportyorda baş verən partlayış nəticəsində 7 hərbçi həlak olub, bir hərbçi isə ağır yaralanıb.
Onların hamısı “Barak” Briqadasının 605-ci Mühəndis Döyüş Batalyonunda xidmət edirdilər.