AZ

Yay gəldi, istilər gəlmədi: Səbəb nədir?- Ekoloqdan AÇIQLAMA

Təqvimdə yay fəsli artıq başlayıb. Amma şəhər sakinləri nə geyimlərində, nə də gündəlik ritmlərində yayın gəlişini yetərincə hiss edə bilirlər. Gözlənilən isti və günəşli günlər əvəzinə, sərin küləklər və dəyişkən hava şəraiti gündəmi zəbt edib.

Bu qəribə hava nizamının səbəbi nədir?

Məsələ ilə bağlı News365.az-a danışan ekoloq Qorxmaz İbrahimli bunun səbəbini qlobal iqlim dəyişiklikləri ilə əlaqələndirib. O bildirir ki, belə vəziyyətlər iyun ayı üçün tamamilə normaldır:

“Bu, vaxtaşırı təkrarlanan bir haldır. Bir neçə il əvvəl də iyun belə sərin keçmişdi. Atmosferdəki sirkulyasiya, yəni havanın hərəkət istiqamətləri dəyişəndə alçaq və yüksək təzyiq zonaları ilə birlikdə soyuq hava kütlələri mülayim iqlim qurşağına daxil olur. Bu da sərin və yağıntılı hava şəraiti yaradır. Bəzi dağlıq və dağətəyi rayonlarımızda sel və güclü yağışlar müşahidə olunur”.

Ekoloq əlavə edib ki, narahatlığa əsas yoxdur. Bu, uzunmüddətli müşahidələrdə zaman-zaman rast gəlinən hadisədir:

“İqlim dəyişikliyi təsirini göstərməkdədir, lakin bu kimi hallara onillik dövrlərdə də rast gəlmək mümkündür. Təbiət bəzən belə sürprizlər edə bilər”.

Seçilən
1
news365.az

1Mənbələr