Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq inqilab arzusunda olan erməni keşiş Baqrat Srbazanın "Müqəddəs mübarizə" hərəkatına qarşı əməliyyatlara başlanılıb. Hərəkatın Telegram kanalında yayılan məlumatda deyilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları "Müqəddəs mübarizə" tərəfdarlarını təqib etməkdə davam edirlər: "Bu gün səhər tezdən "Müqəddəs mübarizə" tərəfdarlarının evlərində axtarışlara başlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında da əməliyyat keçirirlər".
Müxalif qüvvələrin də ciddi dəstəyini alan radikal din xadiminə qarşı təqiblər erməni cəmiyyətində narazılıq yaradıb. Məsələn, tanınmış erməni jurnalist Suzi Badoyan deyib: "Onlar Baqratın evinə axtarışlar aparmaq üçün daxil olublar. Eyni zamanda döyüşlərdə öldürülmüş qəhrəmanmızın atası Ara Rotomyanın və "Müqəddəs Mübarizə"nin bir neçə digər iştirakçısının mənzillərinə də soxulublar".
Tural