AZ

Həyatın yaşam sığortası üzrə yığımlar 353 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-may aylarında həyatın yaşam sığortası üzrə 353 milyon 385 manatdan çox sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 18,1% və ya 54,3 milyon manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 33 milyon 140 min manat və ya 19,7% artaraq 201 milyon manata çatıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında yaşam sığortası üzrə yığımlar 299,1 milyon manata, ödənişlər isə 167,9 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
13
1
banco.az

2Mənbələr