AZ

Zelenski üç ildən sonra ilk dəfə rəsmi görüşə kostyumla qatıldı - VİDEO

2025-ci il iyunun 23-də Ukrayna Prezidenti Volodimir Zelenski son üç ildə ilk dəfə rəsmi görüşə klassik kostyumda qatılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

Mənbə qeyd edir ki, Zelenski Böyük Britaniya səfəri çərçivəsində kral III Karl ilə Vindzor qəsrində baş tutan görüşə qara rəngli klassik kostyum və ayaqqabıda gəlib, lakin qalstuk taxmayıb.
 

Ukrayna lideri prezidentliyinin əvvəlindən bəri əsasən gündəlik və ya hərbi üslublu geyimlərə üstünlük verdiyi üçün bu addımı simvolik xarakter daşıyır.



Görüş zamanı kral III Karl isə boz kostyum, ağ köynək və açıq rəngli qalstuk geyinmişdi.
Görüşdən çəkilmiş fotoları “The Times” dərc edib.

Zelenski həmin gün – iyunun 23-də Böyük Britaniyaya çatarkən bəyan edib ki, tərəfdaşlarla Ukraynanın müdafiə strategiyalarını və Rusiyaya təzyiqlərin gücləndirilməsini müzakirə etməyi planlaşdırır. Onun səfəri həm ictimaiyyətin, həm də medianın böyük marağına səbəb olub və beynəlxalq ictimaiyyətin Ukraynaya davam edən dəstəyini bir daha gündəmə gətirib.

Xatırladaq ki, Zelenski daha əvvəl dəfələrlə Qərb liderləri ilə görüşlərdə hərbi və ya gündəlik geyimlərə üstünlük verib. Məsələn, 2025-ci ilin fevralında ABŞ-a səfəri zamanı o, milli geyim olan “vışivanka” və idman ayaqqabısı geyinmiş, köməkçisi Andrey Yermaka isə kostyum geyinməyi tapşırmışdı. Ukrayna prezidentinin bu tərzi dəfələrlə xarici siyasətçilər və media arasında müzakirə mövzusu olub.



Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr