AZ

Füzulidə zəncirvari qəza – Ölənlər var


Füzulidə ağır yol qəzası baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, rayonun 6 №-li Qayıdış qəsəbəsi ərazisində qeydə alınan zəncirvari qəzada “Mersedes”, “KIA” və “Opel” toqquşub.
Hadisə nəticəsində rayon sakinləri 1999-cu il təvəllüdlü Qurbanov Nicat, qardaşı, 1986-cı il təvəllüdlü Qurbanov Ceyhun Vaqif oğlu və 1999-cu il təvəllüdlü Süleymanov Elçin ölüb. Bəndalı Qəmbərov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya ilkin tibbi müdaxilə edildikdən sonra o paytaxtda yerləşən xəstəxanalardan birinə köçürülüb.
Qeyd olunub ki, ölənlər “Mersedes”in sürücü və sərnişinləri olub.
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
2
yeniavaz.com

1Mənbələr