WP: NATO sammitinin təşkilatçıları Tramp və Zelenskini məsafədə saxlamağa çalışırlar
“The Washington Post” iyunun 24-də yazır ki, NATO-nun Haaqa sammitinin təşkilatçıları ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında görüş ehtimalını azaltmaq üçün səy göstərirlər.
Bunun Trampın Zelenskiyə xor baxdığı üçün onunla sakit ünsiyyət qura bilməyəcəyi ilə bağlı narahatlıqlar səbəbindən baş verdiyi vurğulanır. Bundan başqa, Ukrayna məsələsinin alyans ölkələrinin liderləri üçün ikinci plana keçəcəyi gözlənilir.
aia.az
Tərcümə şöbəsi