AZ

Azərbaycanda bank kartlarının sayı 17% artıb

2025-ci ilin ilk 4 ayında Azərbaycanda bank kartlarının sayı illik 17% artaraq 20,7 milyon ədədə çatıb.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” forumunda çıxışı zamanı məlumat verib.

Z.Nuriyev bildirib ki, bu artımın böyük hissəsi təmassız kartların sayının artması ilə bağlıdır:

“Ümumilikdə ölkədə ödəniş kartlarının 81%-i təmassız ödənişləri dəstəkləyir. POS-terminallar vasitəsilə həyata keçirilən ödənişlərin isə 95%-dən çoxu məhz təmassız üsulla baş verir.”

Fuad Mədətov
Finss.az

Seçilən
4
fins.az

1Mənbələr