AZ

Gözlər Trampda

Bu gün 2 qısa yazını diqqətinizə çatdıracam. Əslində ikinci yazı birinci yazıda əks olunan məsələlərin məntiqi nəticəsi olaraq hər birimizin diqqət göstərməli məsələdir.

İsrail-İran müharibəsində elan olunan atəşkəsdən sonrakı günlərdə nələr gözlənilir:

– ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin növbəti aylarda düşürülməsi üçün neft ixrac edən ərəb dövlətləri qarşısında seçim qoyacaq. Ya OPEC+ neft hasilatını artırmaqla və ya digər “addımlar”la neftin qiymətini düşürəcək, ya da İranın mövcud zərərlərini bağlamaq, “humanitar səbəbləri” də nəzərə İrana dünya bazarlarına daha çox neft ixracı üçün imkan veriləcək. İranın nüvə silahı hazırlamayacaq kimi öhdəliyi götürdükdən sonra bu ehtimal daha da artacaq. Müharibənin son günündə ABŞ hərbi hissələrinin xəbər verməklə zərər vermədən “vurulması” və Trampın atəşkəs təklifinə də riayət etməsi (əslində bu təklif məhz İranın özündən gəlib) ciddi bir razılaşmanın olduğunu göstərir. Bir Prezident kimi Tramp üçün hazırda bir nömrəli prioritet məsələ ABŞ iqtisadiyyatındakı problem və qayğıların azaldılması, şəxsi məqsədi isə Nobel Sülh Mükafatını almaqdır;

Bir məsələni də nəzərə alaq ki, atəşkəs elan olunub, hələ sülh müqaviləsi imzalanmayıb, İran uranın zənginləşdirilməsindən əl çəkəcəyi öhdəliyi götürməyib, İsraili məhv etmək kimi strateji hədəfindən vaz keçdiyini bildirməyib. Hazırda hər iki dövlətin gözləri ABŞ-dadır. Yuxarıdakı bənddə qeyd etdiyim şans və İranın bu şansdan istifadə üçün atmalı olduğu addımlar müzakirə mövzusudur! İranın bu şansdan istifadə edib etməyəcəyi bundan sonrakı gedişatı müəyyən edəcək! Əsas sual: İran bundan sonrakı mərhələdə ABŞ-ın nüfuzunu qəbul edərək şərtlərə boyun əyəcək, yoxsa bu məsələnin açıq qaldığı mesajını verməklə məsələnin həll olunmadığını, sadəcə müvəqqəti olaraq donduğunu bildirəcək! Əgər İran şərtləri qəbul etməsə, İran neftindən vaz keçərək ABŞ neft təklifinin artırılması üçün B, C variantlarına baş vuracaq!

Hər bir variantda, Tramp faizlərin aşağı salınmasını təmin etmək üçün inflyasiya təzyiqini azaltmaq məqsədilə neft qiymətlərinin aşağı salınmasında, həm də Rusiyaya təzyiqi artırmaq məqsədilə israrını davam etdirərək addımlar atacaq!

Gözlər yenidən Rusiya-Ukrayna müharibəsinə çevriləcək!

– Tramp NATO zirvəsində NATO-ya üzv ölkələrin büdcədə paylarını artırmalarını və öz müdafiə xərclərini artırmalarını tələb edəcək! Bu artan büdcə xərcləri deməkdir. Bunu NATO üzvü olan Avropa Birliyi (AB) ölkələri ya monetar siyasət (pul kütləsinin tənzimlənməsi), ya da fiskal siyasət (büdcə siyasəti və borclanmanın artırılması) vasitəsilə həyata keçirməlidir. Avropanın Mərkəzi Bankı mövcud olsa da, mərkəzi Maliyyə Nazirliyinin mövcud olmaması, bir sıra NATO üzvü olan AB ölkələrinin ÜDM-yə nisbətdə yüksək dövlət borcları, o cümlədən xarici borcunun ümumi borca nisbətinin (məsələn, Fransa) yüksək olması AB-nin fiskal siyasət imkanlarını məhdudlaşdırır;

– Baş verən hadisələr fonunda Orta Dəhlizin əhəmiyyəti və aktuallığı kifayət qədər artdı. Bu Dəhliz özünü ən sabit, dayanıqlı və stabil bir dəhliz kimi bir daha sübut etdi. Biz logistik imkan və dövriyyəni daha da artırmaq üçün ölkəmizə də böyük imkanlar yaradır! Böyük ehtimalla Yaxın Şərqdə sular hələ uzun müddət bulanıq qalacaq!

Bütün bunların fonunda bir sıra ölkələr özlərinin iqtisadi strategiyasını, prioritetlərini yenidən nəzərdən keçirəcək:

– Siyasət həmişə iqtisadiyyata xidmət edib. Atılan hər bir siyasi addımın sonunda bir iqtisadi maraq vardır. İqtisadiyyatın siyasətə deyil, siyasətin iqtisadiyyata xidmət etdiyi ölkələr Yeni Düzənə daha güclü ölkələr kimi daxil olaraq özlərinə dayanıqlı yer tuta biləcəklər!

Seçilən
6
vaxt.az

1Mənbələr