AZ

"Napoli" hollandiyalı futbolçu ilə 5 illik müqavilə imzalayacaq

Bakı. Trend:

"Napoli" Noa Lanq ilə müqavilə imzalayacaq.

Trend xəbər verir ki,Hollandiya mətbuatının məlumatına görə, Neapol klubu PSV ilə 26yaşlı vingerin transferi barədə razılığa gəlib. Futbolçu ilə illik2,5 milyon avro maaşla 5 illik müqavilə bağlanacaq.

Müqavilənin məbləği müxtəlif mənbələrə görə 25–28 milyon avroarasında dəyişir.

Qeyd edək ki, Lanq 2023-cü ildən PSV-də çıxış edir. O, Niderlandçempionatının ötən mövsümündə 29 matçda 11 qol və 10 asistlə yaddaqalıb.

Seçilən
25
21
az.trend.az

10Mənbələr