AZ

"Qalatasaray" "İnter"in yarımmüdafiəçisini transfer etmək istəyir

Bakı. Trend:

"Qalatasaray" "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunutransfer etmək istəyir.

Trend xəbər verir ki,İstanbul nəhəngi artıq Türkiyə millisinin üzvü ilə danışıqlarabaşlayıb. Bu barədə "Calciomercato" məlumat yayıb.

"Qalatasaray" 31 yaşlı futbolçuya illik 10 milyon avro maaştəklif edib. "Sarı-qırmızılaar" oyunçu üçün İtaliya klubu ilədanışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən "İnter"də çıxışedir. Təcrübəli oyunçu son mövsümdə Milan təmsilçisinin heyətindəmeydana çıxdığı 47 rəsmi matçda 11 qol və 8 məhsuldar ötürmə iləyadda qalıb.

Seçilən
31
az.trend.az

1Mənbələr