PM yüklü vaqonlar çeşidləmə parklarında saxlanmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Belə vaqonlar yalnız stansiyanın texniki-sərəncam aktında göstərilən xüsusi yollar üzərində yerləşdirilməlidir. Vaqonların öz-özünə hərəkət etməməsi üçün etibarlı bərkidilmə tədbirləri görülməlidir. Vaqonların olduğu dəmir yollarına giriş bağlanmalı və istiqamət dəyişdirilməlidir. Yoldəyişənlərin açarları stansiyanın təlimatlarına uyğun qorunmalıdır. Mühafizə dəstəsi və ya yük sahibi mütəxəssisləri ilə olan vaqonlar onların müşayiət etdiyi PM yüklü vaqonlardan 50 metrdən uzaq olmamalıdır.