AZ

"Arsenal" Tomas Partiyə əvəzləyici tapıb

"Arsenal" klubu "Sevilya"nın yarımmüdafiəçisi Lüsien Aqyumeni transfer siyahısına daxil edib.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, "topçular" 23 yaşlı futbolçunu Tomas Partinin potensial əvəzedicisi kimi görür. London klubu artıq fransalının agenti ilə əlaqə saxlayıb.

Qanalı yarımmüdafiəçi bu yay klubu tərk etməyə yaxındır. Onun "Arsenal"la müqaviləsi başa çatmaq üzrədir və tərəflər hələ də yeni razılığa gəlməyib.

Futbolçu karyerası ərzində "Soşo" və "İnter"in akademiyalarında yetişib. O, geridə qalan mövsümdə 37 matçda bir qol vurub, üç məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalı futbolçunun dəyərini 8 milyon avro olaraq qiymətləndirir.

Seçilən
6
90deqiqe.az

1Mənbələr