AZ

Dəmir pərdə : NATO Rusiya ilə sərhədi minalayır

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Şərqi Avropada Rusiya və Belarusla həmsərhəd olan beş ölkə sərhədlərini qorumaq üçün piyada əleyhinə minalardan istifadəni qadağan edən Ottava Konvensiyasından çıxmaq niyyətindədir. “The Telegraph” yazır ki, onlar bu ilin sonuna qədər Rusiyanın işğalı üçün mümkün marşrutların qazılmasına başlaya bilmələri üçün iyunun sonuna qədər BMT-ni müqavilədən çıxmaları barədə rəsmi məlumatlandırmağı planlaşdırırlar.

Qəzet qeyd edir ki, Finlandiyanın şimalındakı Laplandiyadan Polşanın şərqindəki Lyublin Voyevodalığına qədər, Avropanın və NATO ittifaqının bütün şərq sərhədi boyunca, təxminən 3440 km uzunluğunda “yeni və partlayıcı dəmir pərdə enmək üzrədir”. Bütün Aİ ölkələri uzun müddətdir ki, piyada əleyhinə minaların istifadəsini qadağan edən BMT müqaviləsi imzalayıblar. Lakin artıq dördüncü ildir ki, Ukraynada müharibəyə görə vəziyyət kökündən dəyişib. Qərbin hərbi və kəşfiyyat hesablamalarına görə, Rusiya 2-5 il ərzində bir və ya bir neçə NATO ölkəsinə qarşı hərbi əməliyyatlara başlaya bilər.

Ottava Konvensiyası (rəsmi adı Piyada əleyhinə minaların istifadəsi, ehtiyatının yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya) 1997-ci ildə imzalanıb və 1999-cu ildə qüvvəyə minmiş beynəlxalq müqavilədir. Konvensiyaya 164 dövlət qoşulub.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
xalqqazeti.az

2Mənbələr