AZ

Pezeşkiandan Trampa çağırış

İran prezidenti Məsud Pezeşkian ölkəsi ilə ABŞ arasında problemləri beynəlxalq çərçivə əsasında həll etməyə hazır olduqlarını bildirib.

İran dövlət televiziyasının məlumatına görə, Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Pakistanın baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bin Salmanla danışığında “İran və ABŞ arasındakı məsələləri beynəlxalq çərçivə əsasında həll etməyə hazırıq”, – deyib.

Bu prosesdə dost və qardaş ölkələrin hər cür dəstəyi alqışladıqlarını ifadə edən Pezeşkian, “Biz ciddi şəkildə inanırıq ki, ABŞ və sionist rejimi İslam ölkələri arasında təfriqə salmağa çalışır. İran regionda birlik və sülhü gücləndirmək üçün səy göstərir”.

Xəbərdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bin Salmanın ölkəsinin əvvəldən İsrailin İrana qarşı hərəkətlərini pislədiyini xatırladaraq, “Biz və bölgəmizdəki heç bir ölkə İrana qarşı hər hansı bir hərəkət üçün hava məkanımızı açmamışıq və açmayacağıq. Ölkələrimizdəki ABŞ bazalarından İrana qarşı heç bir əməliyyat həyata keçirilməyəcək. ABŞ-ın hücumuna cavab verməklə bağlı öhdəliklərinizi də anlayırıq”, –  dedi.

***

Digər tərəfdən, Pezeşkian Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhammed bin Zayed Al Nahyan ilə görüşündə bölgəni xarici müdaxilə olmadan birlikdə qura biləcəklərini bəyan edib.

Pezeşkian, “Biz BƏƏ xalqını və bölgədəki digər dövlətləri öz qardaşlarımız kimi görürük. Biz bütün ölkələrin ərazi bütövlüyünə hörmət edirik və bölgəmizi xarici müdaxilə olmadan, əməkdaşlıq, sabitlik və sülh mühitində birlikdə qura biləcəyimizə inanırıq”, – deyib.

BƏƏ prezidenti Əl Nahyan bütün ölkələrin özünü müdafiə etmək hüququna işarə edərək, “Pezeşkianın mehriban qonşuluq çərçivəsində və münasibətləri gücləndirmək məqsədi ilə görüş keçirməsindən məmnunam”, – deyib.

Xəbərdə Əl Nəhyanın “Özünümüdafiə bütün ölkələrin təbii haqqıdır”, – deyib.

İran prezidenti Pezeşkian Pakistanın baş naziri Şahbaz Şəriflə görüşündə bildirib ki, “düşmənlərin hiylələri aralarındakı dostluğa xələl gətirə bilməz”.

Pakistanın baş naziri Şərif görüş zamanı bir daha İsrail və ABŞ-ın İran ərazisinə hücumlarını pisləyib: “Ümid edirəm ki, əldə olunmuş atəşkəs daimi olacaq və problemlər dialoq və diplomatiya yolu ilə həll oluna və İran xalqının hüquqları təmin oluna bilər”.

Seçilən
12
1
vaxt.az

2Mənbələr