AZ

Azərbaycan necə güclü ordu qura bildi?VİDEO

1990-cı illərin əvvəllərində Azərbaycan çətin bir dövr yaşayırdı. Dövlətçiliyin əsasları yenicə qoyulurdu, peşəkar ordusuz bir ölkə düşmən qarşısında aciz idi. Məhz belə bir zamanda, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev, ölkənin təhlükəsizliyini təmin etmək üçün güclü və peşəkar milli ordu quruculuğunu prioritet elan etdi.

Xezerxeber.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycan ordusunun keçdiyi şərəfli və çətin yolun təməlində Heydər Əliyevin müdrik siyasəti dayanır.

1994-cü ildə atəşkəsin əldə edilməsi və ordu quruculuğuna sistemli şəraitin yaradılması eyni zamanda 1997-ci ildə Hərbi Doktrinanın hazırlanması üzrə işlərin başlanması,Türkiyə və digər NATO üzvü ölkələrlə hərbi əməkdaşlıq müqavilələrinin imzalanması, xüsusilə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması  Azərbaycanın gələcək hərbi uğurları üçün zəmin yaratdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
xezerxeber.az

1Mənbələr