AZ

Anbarda ziyafət

İngiltərədəki “Wildwood Devon” vəhşi təbiət qoruğunda yaşayış yerlərindən qaçan iki ayı həyəcan siqnalına səbəb olub və park boşaldılıb.

Parkdan verilən açıqlamaya görə, ayılar təlim keçmiş odlu silah personalı və polisin iştirakı ilə birbaşa bal anbarına doğru gediblər.

Səlahiyyətlilər bildiriblər ki, Miş və Lüsi adlı avropalı qonur ayılar sərbəst qaldıqdan sonra “Exeter” yaxınlığında ərzaq anbarına yollanıb və orada bir həftəlik bal yeyiblər.

Təhlükəsizlik məqsədilə bütün park ziyarətçiləri təhlükəsiz binaya aparılıb, iki ayı isə təhlükəsizlik kameraları tərəfindən izlənilib.

Təxminən 55 dəqiqəlik gəzintidən sonra iki ayı insanlara heç bir zərər vermədən və təhdid etmədən öz yuvalarına qayıdıb yuxuya gediblər.

BBC-nin məlumatına görə, “Wildwood Trust”ın zooloji əməliyyatlar direktoru Mark Habben fövqəladə prosedurların mövcud olduğunu və ictimaiyyətə heç bir zərərin olmadığını bildirib.

Fond hər biri təxminən 180 kiloqram ağırlığında olan “gənc ayının” cütlüyünün necə qaçması ilə bağlı araşdırmaya başladığını açıqlayıb. “Ayılar ziyafət etdilər, oynadılar”, – Habben deyib.

Seçilən
15
vaxt.az

1Mənbələr