AZ

Sakit okeanda batareya şoku

Sakit okeanda müəmmalı dəniz fəlakəti baş verib. Çindən Meksikaya gedən elektriklə işləyən maşınlarla dolu nəhəng yük gəmisi “Morning Midas” günlər sonra baş verən yanğından sonra taleyin ümidinə buraxılıb. Alovlanan gəmi tamamilə sulara qərq olub.

***

“Zodiac Maritime” tərəfindən verilən açıqlamaya görə, yanğın nəticəsində zərər görən gəmi iyunun 23-də batıb. Şirkət, ağır hava şəraitinin və yanğından sonra su ilə dolan gəmini batması qaçılmaz olub.

Gəmi təxminən 3 min nəqliyyat vasitəsini daşıyırdı. Bunlardan 800-ü elektriklə işləyən avtomobillər olub və yanğının ilk olaraq bu elektrikli vasitələrin yerləşdiyi göyərtədə başladığı bildirilib. Məlumdur ki, belə yanğınlarda, xüsusən də litium batareyalarda idarəetmə tez itirilir.

Hadisə zamanı gəmidə olan 22 ekipaj üzvü təxliyə edilib. Bununla belə, okeanın dibində basdırılmış yanan polad qalaqları və minlərlə maşın qalıb.

“Morning Midas” gəmisinin batması nəinki maliyyə itkilərinə səbəb olub, həm də elektrikli nəqliyyat vasitələrinin daşınması üçün təhlükəsizlik protokollarını sual altına alıb. Yanğının dəqiq səbəbi hələlik bəlli deyil.

Seçilən
17
vaxt.az

1Mənbələr