AZ

Ərdoğan Ukrayna ilə Rusiya arasında İstanbul prosesinin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib

Ərdoğan Ukrayna ilə Rusiya arasında İstanbul prosesinin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib

Türkiyə Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün səylərini davam etdirəcək və  İstanbul prosesinin davam etdirilməsində israrlıdır . 

Ukrinform yazır ki , bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa sammitinə səfərindən əvvəl deyib .

“Biz əsirlərin və cəsədlərin dəyişdirilməsi ilə bağlı qərarların qəbul edilməsində və həyata keçirilməsində mühüm rol oynadıq. İstanbul prosesini davam etdirmək üçün yeni addımlar planlaşdırırıq”.

Ərdoğan qeyd edib ki, NATO sammitində Ankaranın Alyans qarşısında götürdüyü öhdəlikləri pozmadan diplomatik yollarla müharibəni bitirmək üçün hər cür səy göstərdiyi mesajı verəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr