BAKI, 24 iyun. TELEQRAF
“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, Ervin Koffi ilə başa çatan müqaviləni yeniləməyib. Fransalı futbolçu 2023-cü ilin yayından paytaxt klubunda çıxış edirdi.
Koffi karyerasını ölkəsində davam etdirəcək. 30 yaşlı fransalı oyunçu Liqa 2-də çıxış edən “Genqam”la 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.