AZ

Türkiyədə zərər görmüş bina çökdü 1 nəfər yaralandı

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyənin Hatay vilayətinin Arsuz rayonunda, 6 fevral 2023 tarixində baş verən zəlzələlərdə zərər görmüş yeddi mərtəbəli bina yıxılma işləri zamanı iş texnikasının üzərinə çöküb, bir işçi yaralanıb.

Redaktor.az xəbər verir ki, Karaağaç Şarkonak məhəlləsində məhkəmə qərarı ilə söküntüsünə başlanılan bina, yıxılma zamanı texnikanın bir hissəsini uçqun altında qoyub. Texnikada sıxışıb qalan operator öz gücü ilə çıxaraq xilas olub.

Yaralı işçi, hadisə yerinə çağırılan 112 Təcili Yardım qrupları tərəfindən Arsuz Dövlət Xəstəxanasına aparılıb. Onun sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Kənan YUSİF 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
redaktor.az

2Mənbələr