AZ

Azərbaycanın ən bahalı məktəbi odur: 600 min manat... Siyahı

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Azərbaycandakı özəl məktəblərdə illik təhsil haqqı 2 500-55 000 manat arasında dəyişir. Bəzi məktəblərdə qiymət ibtidai, orta və tam təhsil üçün stabildir, bəzi məktəblərdə isə bu rəqəm dəyişir.

Bakupost.az xəbər verir ki, bu, "Alber Eynişeydi" Feysbuk səhifəsinin paylaşımında qeyd olunub.

Bildirilib ki, məktəblərdən bəziləri bir ailədən 2 uşaq oxuduqda müəyyən güzəştlər edirlər.

Siyahıya əsasən, ölkənin ən bahalı məktəbi 54900 AZN olan Azərbaycan Beynəlxalq Məktəbidir:

"Azərbaycanın ən bahalı məktəbində 11 il təhsil alsanız, 600 000 manatdan çox pul xərcləməli olarsınız...

Təbii ki, dövlət məktəblərindən daha yaxşı təhsil verirlər, amma 600 000 manat da çox fantastik rəqəmdir. Çünki dünyanın bir çox nüfuzlu universitetində belə ali təhsil üçün qiymətlər bu qədər yüksək deyil.

Qeyd edim ki, Azərbaycan təhsilə görə dünya reytinq siyahısında 86-cı yerdədir", -

paylaşımda qeyd olunub.

Özəl məktəblərin qiymətlərinin yazıldığı siyahını təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
www.bakupost.az

1Mənbələr