AZ

Çinin əyalətində güclü daşqınlar baş verib - VİDEO

Çinin Quyçjou əyalətində güclü daşqınlar baş verib

Qaziler.az-ın məluÇinin Mərkəzi Televiziyası (CCTV) iyunun 24-də bildirib ki, Çinin Quyçjou əyalətində güclü daşqın baş verib, azı 150 nəfər təxliyə edilib.

Qeyd olunur ki, daşqınlara uzun sürən yağıntılardan sonra çaylarda suyun səviyyəsinin qalxması səbəb olub. Çinin bəzi bölgələrində daşqınlara qarşı fövqəladə reaksiya rejimi qüvvədədir.

“150-dən çox insan təxliyə edilib, axtarış-xilasetmə əməliyyatları intensiv və mütəşəkkil şəkildə aparılıb”, - nəşr yazır.

80-dən çox zabit və əsgər xilasedici jiletlər, hücum qayıqları, kayaklar və digər xilasetmə vasitələri ilə yardım göstərmək üçün cəlb edilib.

Bundan başqa, güclü yağışlar bir çox avtomobil yollarının dağılmasına səbəb olub. Bəzi ərazilərdə sürüşmələr qeydə alınıb.

Sina agentliyinin bildirdiyinə görə, Xiazhong ekspress yolunun bir hissəsindəki körpü sürüşmə nəticəsində dağılıb. İlkin məlumatlara görə, itki yoxdur. Çökmə zamanı körpünün üzərində yalnız bir yük maşını olub. Sürücü xəsarət almayıb və evakuasiya edilib.

QAZİLER.AZ

Seçilən
2
1
qaziler.az

2Mənbələr