ABŞ-də Demokratlar Partiyasının Texasdan olan konqresmeni El Qrin qanunvericilərlə məsləhətləşmədən İrana zərbələr endirilməsi ilə bağlı qərar vediyinə görə Prezident Donald Trampın impiçmentinə dair qətnamə irəli sürüb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Qrin ABŞ Konstitusiyasının Konqresə başqa ölkələrə müharibə elan etmək səlahiyyəti verən 1-ci maddəsinin, 8-ci bölməsinin, 11-ci bəndinə istinad edir.
Qətnamədə deyilir ki, Trampın İrana zərbə endirmək qərarı ABŞ üçün bilavasitə təhlükə olmadığı halda səlahiyyətdən sui-istifadədir.
Qrinin fikrincə, bu, ABŞ demokratiyasının pisləşməsinə və avtoritarizmin bərqərar olmasına töhfə verir.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ təyyarələri İranda Fordo, Natanz və İsfahana şəhərlərindəki üç nüvə obyektinə zərbələr endirib.