AZ

Türk Dövlətləri Təşkilatı üzv ölkələri arasında Azərbaycan digərlərindən seçilir - ABŞ mediası

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr arasındaAzərbaycan digərlərindən seçilir. Əvvəla, heç bir şübhə yoxdur ki,Azərbaycan TDT-nin yaratmağa çalışdığı və formalaşmaqda olanticarət dəhlizində həlledici mövqe tutmaqla yanaşı, Qazaxıstanlabirlikdə Avropadan Asiyanın bir neçə mühüm regionuna əsas tranzitmarşrutuna nəzarət edir və bu, onun rolunu əvəzsiz edir. Bu nəhəngbölgədə Azərbaycanın əməkdaşlığı olmadan hər hansı ticarəttəşəbbüsü uğursuzluğa məhkumdur.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi vəbaş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avrahambaş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici SiyasətAssosiasiyasının saytında dərc olunmuş “Budapeşt bəyannaməsi vəTürk Dövlətləri Təşkilatı” başlıqlı məqaləsində yazıb.

Bildirilib ki, TDT-nin fəaliyyətinə həsr olunan məqalədə diqqətəçatdırılıb ki, təşkilatın dünya liderlərinə, xüsusən də Avropaliderlərinə ünvanlanmış “Budapeşt Bəyannaməsi”ndə qlobal sülhün,təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsində TDT-ninmühüm rolu vurğulanıb. Bəyannamə türk dövlətlərinin Avropanı Asiyailə birləşdirən etibarlı nəqliyyat və kommunikasiya dəhliziyaratmaq, bu yolda sülh və inkişafa töhfə vermək öhdəliyini birdaha təsdiqləyib. Sənəddə əsas mesaj beynəlxalq ixtilafların aradanqaldırılması və Avropadan Çinə qədər uzanan sabit və təhlükəsizregionun qurulmasına çağırış olub.

Məqalə “Budapeşt bəyannaməsi”ndə türk xalqlarını təkcə ortaqkeçmişlə deyil, həm də bu gün və gələcəyə ortaq baxışlabirləşdirməyin dəyərini təsdiqləyən “Türk Dünyası Baxışı”nın əksolunduğuna diqqət çəkib. Sözügedən baxış irqçi ideologiyaların açıqşəkildə rəddi ilə yanaşı, multikulturalizmi ehtiva edən ortaq türkkimliyinə, tarixinə, mədəniyyətinə və adət-ənənələrinə əsaslananəməkdaşlığın təşviqidir. “Türk dövləti” anlayışının bəyannamədəgeniş şəkildə şərh olunduğunu qeyd edən müəllif Macarıstanıntəşkilatda müşahidəçi statusunu bunun birbaşa təsdiqi kimi qələməverib.

Həmçinin bildirilib ki, son bir neçə ildə Azərbaycan tədricənAvrasiya regionunda əsas nəqliyyat və logistika qovşaqlarındanbirinə çevrilib. Ölkəmizin bu statusunu tanıyan QazaxıstanPrezidenti Kasım-Jomart Tokayev Qazaxıstan neftinin ixracınınartırılmasında göstərilən maddi-texniki dəstəyinə görə AzərbaycanPrezidenti İlham Əliyevə açıq şəkildə təşəkkürünü ifadə edib.Habelə bütün türk dövlətləri arasında ən böyük sərmayədar olanAzərbaycan həm iqtisadi cəhətdən təşkilatın ən sabit üzvü, həm dəhərbi potensial baxımından ən güclü dövlətlərindəndir.

Yazıda Azərbaycanın Türkiyə ilə yanaşı son on ildə faktiki hərbiəməliyyatlarda iştirak edən yeganə TDT üzvü olduğu diqqətəçatdırılıb. Ermənistanla münaqişənin ölkəmizin hərbi büdcəsininartmasına və yüksək hazırlıqlı ordu formalaşdırmasına vəsilə olduğuvurğulanıb. Habelə Azərbaycanın “qardaş ölkə” adlandırdığı Türkiyəvə müxtəlif sektorlarda əməkdaşlıq etdiyi Qazaxıstanla müstəsna sıxəlaqələrə malik olduğuna diqqət çəkilib. Politoloq bu amillərinbirlikdə Azərbaycanı iqtisadiyyat, təhlükəsizlik və diplomatiyabaxımından ən perspektivli TDT üzvü kimi səciyyələndirdiyini qeydedib. “Azərbaycan təşkilatda ən dominant və nüfuzlu oyunçulardanbiridir”-deyə müəllif əlavə edib.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: https://foreignpolicyblogs.com/2025/06/18/budapest-declaration-and-ots/

Seçilən
8
7
az.trend.az

8Mənbələr