AZ

Minik maşını traktora çırpıldı - Yaralılar var-Yenilənib

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb.

Nəticədə minik avtomobilində olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

***

 

TƏBİB-dən “Report”a bildirilib ki, bu gün saat 16:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2-i kişi, 1-i qadın cinsli olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilən şəxslərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.


Seçilən
16
5
qafqazinfo.az

7Mənbələr